Bərdədə rayon icra başcısı Vidadi İsyaev ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirib. Gün.Az-ın Qarabağ üzrə bölgə müxbrinin verdiyi məlumata görə, ümumilikdə rayon üzrə 649 nəfər sənəd verib, 293 nəfər ali məktəblərə daxil olub. Ali təhsil ocaqlarında oxuyacaq tələbələrin 51 nəfəri akademik Zərifə Əliyeva adına orta məkəbin yetirməsidir. Qəbul olan məzunlardan 21 nəfəri 600-dən, 34 nəfəri isə 500–dən çox bal toplayıb. Bu tələbələr rayon icra başçısı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrələr təqdim olunub. Çıxış edən gənclər dövlətin təhsilə olan diqqətini yüksək qiymətləndiriblər.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi