Ağdamın kəndlərinə içməli su çəkilib

Uzun illərdən sonra Ağdamın cəbhəyanı ərazilərinə su xətləri çəkilib.  Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinə icra hakimiyətindən verilən məlumata görə, rayonun daxili bücəsi hesabına Baharlı kəndi içməli su ilə təmin edilib.  Yeni su bulaqlarından kənd sakinləri vaxt məhdudiyyəti olmadan günün istənilən saatı su götürə biləcəklər. Kənd sakini Güllü Vəliyevanın sözlərinə görə, onlar içməli suyu bu günə qədər başqa ərazilərdən ibtidai üsulla daşımalı olurdular. Bu isə sakinlər üçün yay aylarında böyük çətinlik yaradırdı. 50 ildən sonra kəndə suyun verilməsi yerli sakinlərin böyük sevincinə səbəb olub.
Ağdam rayon Su kanal idarəsinin rəisi Şahmar Rzayev verdiyi məlumata görə, məqsədəuyğun ərazilərdə yeni subartezian quyuları qazılıb, borular vasitəsi ilə yaşayaş məmtəqələrinə su xətti çəkilib. Hazırda rayonun Mireşelli, Korqışlaq və Şuşalı kəndlərində içməli su çəkilir. Yaxın günlərdə həmin kənd sakinləri içmli su ilə təmin ediləcək.