Bu il öldürülən jurnalistlərin sayı açıqlandı

Bu ilin əvvəlindən indiyə qədər dünyada 82 jurnalist öldürülüb.  Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Mətbuat İnstitutunun direktoru Elison Makkenzi açıqlayıb. Bu il dünyada jurnalistlər üçün ən təhlükəli ölkə Meksika olub. Bu ölkədə 10 jurnalist öldürülüb. İkinci yerdə 8 jurnalistin qətlə yetirildiyi İraq, üçüncü yerdə 6 jurnalistin öldürüldüyü Pakistan gəlir.