Bakıda Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Milli Komitələrinin (MK) sədrlərinin “Milli Komitələrin inkişaf platforması” adlı 1-ci toplantısı keçirilir. BMİ-nin informasiya departamentindən APA-ya verilən məlumata görə, ilk dəfə keçirilən bu toplantıya BMİ-nin direktoru Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin (Nigeriya) Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş qatılıblar. Toplantını açan BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu qonaqları salamlayaraq onun çağırışı ilə Azərbaycana gələn BMİ-nin Milli Komitə rəhbərlərinə təşəkkürünü bildirib. U. Rəhimoğlu qeyd edib ki, Milli Komitə rəhbərlərinin bir araya gəlməsi BMİ-nin tərcümeyi-halında yeni bir səhifədir. U. Rəhimoğlu, eyni zamanda, BMİ direktoru A.Makkanzeyə bu toplantının reallaşmasında göstərdiyi dəstəyə görə minnətdarlıq edib. Toplantının məqsədindən və qarşıya qoyulan vəzifələrindən danışan Milli Komitə rəhbərindən sonra BMİ direktoru A.Makkenzi çıxış edib. O, qonaqları salamlayaraq deyib ki, BMİ-nin Milli Komitələrinin 1-ci Bakı toplantısından çox şey gözləyir. A. Makkanze BMİ-nin dünyada söz azadlığının müdafiəsi istiqamətində aparılan işlərdən danışıb.
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin üzü Əflatun Amaşova çıxış edib. Ə.Amaşov Azərbaycan mediasının real vəziyyətindən söz açaraq son illər Azərbaycanda söz azadlığının qorunması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, o cümlədən ölkə mediasının mövcud problemlərindən danışıb.
Günün birinci yarısında BMİ-nin katibliyinin nümayəndəsi Kristin Klint BMİ-nin Milli Komitələri barədə təqdimat edib. K. Kristin eyni zamanda, 1-ci sessiyadakı məsələ – “Milli komitələrinin rolunun müəyyənləşdirilməsi”dən danışıb. Milli Komitə sədrləri hər iki mövzu ətrafında müzakirələr aparıb, fikir və rəylərini bildiriblər. Günün ikinci yarısında “Milli Komitələrin Mətbuat Azadlığında rolu” mövzusunda BMİ-nin Hindistan Milli Komitəsinin rəhbəri Ravi Naraşimhan çıxış edib. Toplantı noyabrın 4-də də davam edəcək.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi