“Evrovision-2012″-nin qəhrəmanından tənqidi fikirlər

“Evrovision” mahnı yarışının qalibi Lorin məmləkətinə dönəndən sonra mətbuat konfransı keçirib və qazandığı qələbənin təəssüratlarını sevənləriylə paylaşıb. “Azadlıq radiosu”nun məlumatına görə, daha sonra jurnalistlərin suallarını cavablandıran müğənni “Qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan” sualına müğənni bir qədər düşünərək cavab verdi: “Burada görüşdüyüm müxtəlif insanlar haqqında xatirələrimi”. Suallardan birini isə avstriyalı jurnalist özünün Tvvitter oxucusunun adından verib: “Səhnədəki rəqsinin mənası nə idi?”.
Lorinin cavabı belə olub: “Azadlıq”. Rəqsimin mənası bu idi. Özün olmağa çalış, qaydalar, məhdudiyyətlət səni sıxmasın, o zaman azad olacaqsan”.
Bu ərəfədə, İsveç mediası ölkənin Eurovisiona sahiblik etməkdə problemi olduğunu yazıb. Çünki 2013-cü ilin mayında, “Eurovision” finalının adətən keçirildiyi dövrdə, Stokholmda xokkey üzrə dünya çempionatı da olacaq. Bu isə “Eurovision” standartlarına uyğun olan bütün arenaların tutulması deməkdir.
Lakin İsveç nümayəndə heyətnin rəhbəri Sanda deyib ki, hazırda Lorinin qələbəsini bütün İsveç qeyd edir. O, inamını bildirib ki, İsveç şəhərlərinin birində növbəti “Eurovision” yarışması keçiriləcək.
Lorinin Azərbaycanda qarşılaşdığı acı xatirələr haqqında hələ burda olarkən söyədiklərinin videosunu tərcümə olunmuş şəkildə təqdim edirik.

Videoya bax

http://www.youtube.com/watch?feature=player_embedded&v=lceI8FBInao