Ödənişsiz kompyuter kurslarını bitirənlərə sertifikatlar verilib

Regional İnsan Hüquqları və Media Mərkəzi məcburi köçkün gənclər üçün təşkil etdiyi ödənişsiz kompyuter kursları yekunlaşıb. Bərdə rayonunda həyata keçirilən «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edib. layihənin məqsədi məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların…

Ətraflı

«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı olub

Regional İnsan Hüquqları və Media Mərkəzi ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir addım atıb. 02 sentyabr 2013-cü il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.

Ətraflı

Başlıbel faciəsinin törədilməsindən 20 il ötür

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Təşkilat bu dəfə ermənilərin xalqımıza qarşı törətdiyi daha bir soyqırımı həqiqətlərini dünyaya çatdırmaq niyyətindədir. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, 20 il öncə aprelin 18-də ermənilər Kəlbəcər rayonunun Başlıbel kəndində soyqırımı törədib: «Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində…

Ətraflı

Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər peşə biliklərinə yiyələnib

“Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. Kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilib. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb…

Ətraflı

Ağdam və Goranboyda gənclər üçün keçirilən təlimlərdən FOTOLAR

Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam və Goranboy rayonunda gənclər üçün təlim keçib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi çərçivəsində keçirilən təlimlər hər bir rayonda iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Ağdam və Goranboy rayonundan olan 40 nəfər…

Ətraflı

Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan gənclər kurslara cəlb edilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edəcək: «Cəmiyyətdə hər hansı səbəbdən əhalinin yerdəyişməsi özü ilə gözlənilməyən problemlər gətirir….

Ətraflı