RİHMM Xədicə Ismayılovaya qarşı şantaj kampaniyasını pisləyir

Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantajla hədə etməni qətiyyətlə pisləyir. Bunu jurnalisti susdurmaq ücün atılan ən çirkin addım kimi qiymətləndirir. Xədicə İsmayılovanın məqalələri, araşdırmaları ölkədə olan çoxsaylı problemlərin, korrupsiya və rüşvətxorluq, cinayət hallarının aşkara çıxarılmasına xidmət edib.

Ətraflı

Tanınmış jurnalistin qətlindən 7 il ötdü

Bu gün mərhum jurnalist Elmar Hüseynovun qətlə yetrildiyi günüdür. Bu qətlin törədilməsinin 7 ili tamam olsa da, onun üstünün nə zaman açılacağı bilinmir. Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib….

Ətraflı

Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı “Ayı işi” ilə bağlı iddiası təmin olunub

Bu gün Yasamal rayon Məhkəməsində “ZQAN Holdinq” şirkətlər qrupunun direktorlar şurasının sədri Anar Məmmədovla “Azadlıq” və “Yeni Müsavat” qəzetləri arasında “Ayı işi” ilə bağlı məhkəmə prosesi başa çatıb. Vəkil Vaqif Hüseynlinin APA-ya verdiyi xəbərə görə, prosesdə A. Məmmədovun iddiası təmin edilərək hər qəzetin ayrılıqda iş adamına 4 min manat ödəməsi barədə qərar qəbul olunub.

Ətraflı

2011-ci ildə dünyada 100-dən çox jurnalist öldürülüb

2011-ci ildə dünyada 106 jurnalist öldürülüb.  APA-nın məlumatına görə, bu barədə mənzil-qərargahı Cenevrədə yerləşən Mətbuat Azadlığını Müdafiə Təşkilatının (Press Emblem Campaign) hesabatında bildirilir.  Bu il ən çox jurnalist Meksikada qətlə yetirilib – 12 nəfər. Pakistanda isə 11 jurnalist öldürülüb. Hesabata görə, MDB məkanında bu il Rusiyada 3, Ukrayna və Azərbaycanda isə 1 jurnalist qətlə yetirilib.

Ətraflı

Məhkəmə tibbi ekspertiza Rafiq Tağının ölümü ilə bağlı yekun reyini açıqladı

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.  Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: ”Eləcə də hər iki ağciyər divarının…

Ətraflı

“FRONTLAYN BAKI MEDİA KLUBU“ YARADILDI

Bu gün “Avropa” otelinin Bakı zalında “Frontlayn-Bakı media klub”unun yaradılmasına həsr olunmuş tədbir keçirildi. Qurumun rəhbəri Arif Əliyev  klubun yaranması barədə məlumat verərək bildirib ki, məqsəd mediaya dəstək verməkdir.  Eyni zamanda klub ayda bir dəfədən gec olmayaraq Azərbaycan üçün aktual məsələlərin ictimai müzakirəsinin keçirilməsini də qarşısına məqsəd qoyub.  Belə ki, qurumun ilk belə tədbiri  “Bakının…

Ətraflı

International Media Support Azərbaycan Media Mərkəzi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun birləşdiyini elan edir

İnternational Media Support (İMS) öz layihəsi olan Azərbaycan Media  Mərkəzinin (AMM)  yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşməsini elan etməkdən məmnunluq duyur. 2012-ci ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyəti üçün məkan və xidmətlər təmin…

Ətraflı

Azərbaycanda son 20 ildə qətlə yetirilmiş jurnalistlərin sayı 10-a çatıb

“Yeni Nəsil” Jurnalistlər Birliyi вя ATƏT-in media azadlığı üzrə nümayəndəsi yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirlməsilə bağlı bəyanat verib. “Yeni Nəsil” Jurnalistlər Birliyiнин бяйанатында билдирилир:  “2011-ci il noyabr ayının 23-də Azərbaycanda son 20 ildə qətlə yetirilmiş jurnalistlərin sayı 10-a çatdı. Tanınmış jurnalist və yazar Rafiq Tağı naməlum şəxs tərəfindən bıçaqlandıqdan dörd gün sonra xəstəxanada keçindi. Rafiq…

Ətraflı