Azərbaycan və Aİ arasında videokonfrans vasitəsilə danışıqlar aparılır
“Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün videokonfrans vasitəsilə keçirilir”. Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, sazişin sektoral hissəsi üzrə danışıqlar aparılır. Səfir qeyd edib ki, danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək və Brüsseldən nümayəndə heyəti gələcək: “Müzakirələrin ən yaxın vaxtda…