Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü ilə bağlı Göygöldə seminar keçirilib
Regional İnsan Hüquqları və Media Mərkəzi Göygöl rayonunda seminar keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi çərçivəsində icra olunub. Maarifləndirmə xarakterli tədbirdə 25 nəfər rayon sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur…