Beynəlxalq bloq və sosial şəbəkələr mükafatının qaliblərinin adları açıqlanıb
Bonn (Almaniya) şəhərində keçirilən “Global Media Forum” çərçivəsində “Şəbəkədə vətəndaş aktivliyinə görə” mükafatının beynəlxalq bloq və sosial şəbəkələr mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib. APA-nın Bonna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir “Deutsche Welle” (DW) media şirkəti tərəfindən təşkil olunub.