Tərtər rayonunun Sarıcalı kəndi ərazisində 36 yaşlı qadın öz evində naməlum şəxs tərəfindən öldürülüb. Rayon polis şöbəsinin rəisi müavini İzzət Əsgərovun verdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Həsənova Tünzalə Qəşəm qızı əlləri arxadan bağlı vəziyyətdə boğularaq öldürülüb. Qadının cəsədini bacısı aşkar edib. Tərtər Polisi cinayəti törətmiş şəxsi tapmaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi açılıb.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi