KİVDF 31 qəzetə 1 milyon 987 min manat vəsait ayırıb

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclasda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, dekabrın 4-dən 25-dək 2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sonra layihə təklifləri Şura üzvlərinin müzakirəsinə verilib. Müzakirələrdə Fonda təqdim edilmiş bir layihənin müsabiqənin şərtlərinə cavab vermədiyi aşkar edilib, 31 layihə isə müsabiqənin tələblərinə uyğun olub.Müzakirələrin yekunu olaraq qəzetlərin dövriliyini, tirajını və yayımını nəzərə alaraq 2013-cü ilin I yarımilliyində layihələrin həyata keçirilməsi üçün 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılması qərara alınıb. Həmin qəzet redaksiyalar aşağıdakılardı. Fond 13 qəzetə 60 min manat, 7 qəzetə 40 min manat, 3 qəzetə 30 min manat, 2 qəzetə 20 min manat, 1 qəzetə 15 min manat, 1 qəzetə 10 min manat, 4 qəzetə isə 8 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilməsini təsdiqləyib. Bundan başqa, 2013-cü ilin birinci yarısı üçün 31 qəzetin redaksiyası tərəfindən təqdim edilmiş layihələrə ümumilikdə 1.247.000 maliyyə yardımının ayrılması il bağlı qərar qəbul olunub
İclasda Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə birdəfəlik yardımın ayrılması məsələsi də müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı Şura üzvlərinə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun il ərzində fəaliyyəti zamanı müəyyən qədər vəsaitə qənaət edilib. İcraçı direktor qeyd edib ki, qəzetlərə birdəfəlik yardımın ayrılmasında məqsəd onların maddi-texniki bazalarını  möhkəmləndirmək və internet saytlarının davamlı olaraq “on line” rejimində işləməsini təmin etməkdir. Müzakirələrdə çıxış edəm Şura üzvləri irəli sürülən təklifi dəstəklədiklərini və bunun qəzetlərin maddi durumunun yaxşılaşdırılması istiqamətində önəmli əhəmiyyət daşıdığını bildiriblər.
Sonda qəzetlərin dövriliyini, tirajını və yayımını nəzərə alaraq 31 qəzetə birdəfəlik 740 min manat maliyyə yardımının ayrılması il bağlı qərar qəbul olunub.