Regional İnsan Hüquqları və Media Mərkəzinin də tərəfdaş olduğu layihə ilə bağlı hesabat verilib

“Yeni Medianın inkişafı və regionlarda yayılması” layihəsinin əsas məqsədi multimedia fəallarına və vətəndaşlara dəstək verməkdir.    Bu barədə cümə axşamı Media Mərkəzdə keçirilən mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihənin ötən altı ayının yekunlarını açıqlayarkən bildirib.

Ətraflı

Elmar Hüseynovun 45 yaşi məzari başinda qeyd edildi

Bu gün (17 İyul) mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru  Elmar Hüseynovun doğum günüdür. 2005-ci il mart ayının 2-də qətlə yetirilməsəydisə  Elmar Hüseynovun 45 yaşı tamam olacaqdı. Doğum günü münasibətilə media nümayəndələrini, QHT və siyasi partiya rəhbərləri və  və E.Hüseynovun dostları 2-ci Fəxri Xiyabanda məzarı üstündə mərhum jurnalistin əziz xatirəsini yad etməklə qeyd etdilər.

Ətraflı

Əli Həsənov qəzet redaktorları ilə yayım və reklam problemlərini müzakirə edib

Azərbaycan Mətbuat Şurasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə fəaliyyət göstərən KİV-lərin baş redaktorları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri və mətbuat yayım şirkətlərinin rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə mətbuatda reklam və qəzet yayımındakı problemlər müzakirə olunub. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bir müddət əvvəl 4 baş…

Ətraflı

Diffamasiya haqqında qanuna həsr olunmuş mətbuat konfransı keçirilib

 Diffamasiya haqqında qanunla bağlı bu gün mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Media Hüquqları İnistutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsi daha mükəmməldir: “Bizim təşkilat, Mətbuat Şurası və digər bir təşkilat Diffamasiya haqqında qanun layihəsi hazırlayıb. Lakin onlardan ən mükəmməli Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsidir. Həmin…

Ətraflı

Azad jurnalistika Azərbaycan mətbuatına azadlıq tələb edir

Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur. Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar “3 May Beynəlxalq Mətbuat…

Ətraflı

Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycanda azad medianın dairəsinin genişləndirilməsinə ehtiyac var”

 “Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə söz və məlumat azadlığının təmin edilməsi, mətbuatın iqtisadi vəziyyətinin və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi baxımından ciddi addımlar atılıb”. APA-nın xəbərinə görə, bunu bu gün Avropa Yayımları Birliyinin Cenevrədəki ofisində Azərbaycanda söz və mətbuat azadlığının durumuna dair keçirilən seminarda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ətraflı

Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan gənclər kurslara cəlb edilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edəcək: «Cəmiyyətdə hər hansı səbəbdən əhalinin yerdəyişməsi özü ilə gözlənilməyən problemlər gətirir….

Ətraflı

İki jurnalist peşə borcunu yerinə yetirərkən döyülüb

 Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikiliilərin söküntüsünü davam etdirib. Söküntü zamanı evləri sökülən vətəndaşlarla ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının fiziki gücündən yararlanan söküntü briqadası evləri buldozer və ekskavatorların vasitəsilə dağıdıblar. Söküntü işləri gedən nahiyədə jurnalistlərin olmasına dözümlü yanaşa bilməyən ARDNŞ qoluzorluları…

Ətraflı

Jurnalistlər fiziki hücuma məruz qalıblar

Bu gün (2 aprel) Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işlərilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin fotojurnalisti Etimad Budaqov və “Azadlıq radiosu”nun əməkdaşı Nüşabə Fətullayeva fiziki təzyiqə məruz qalıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Etimad Budaqov məlumat verib.

Ətraflı

Avropa Yayımları Birliyi mayın 2-də Azərbaycanda media azadlığına dair seminar təşkil edəcək

 Avropa Yayımlar Birliyi (EBU) Azərbaycanda media azadlığı haqqında debatları genişləndirir. APA-nın EBU-nun saytına istinadən yaydığı məlumata görə, media azadlığı ilə bağlı seminar mayın 2-də keçiriləcək. Xəbərdə bildirilir ki, «Eurovision-2012» mahnı müsabiqəsini Azərbaycanda keçirmək hüququ Azərbaycanın İctimai Televiziyası Eldar Qasımov və Nigar Camalın 2011-ci ilin may ayındakı qələbəsindən sonra verilib. Bu hadisə müsabiqəni qəbul edən ölkəni…

Ətraflı