Admin

ABŞ 2 aprel aksiyasında saxlanan şəxslər barəsində məhkəmə hökmünə münasibət bildirib

 ABŞ Səbail Rayon Məhkəməsinin Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlını 2 aprel 2011-ci ildə baş vermiş dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi ilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə 3 oktyabr tarixli qərarına təəssüflənir.

Ətraflı

«Elmar Hüseynovun qətlinin əsas iştirakçıları gec-tez ədalət mühakiməsi qarşısında dayanacaqlar»

 Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Şurasının bu quruma jurnalist Elmar Hüseynovun qatillərinin tapılmasının sürətləndirilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb. MŞ-dan APA-ya verilən məlumata görə, MTN-dən daxil olan məktubda bildirilir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir.

Ətraflı

Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ətraflı

Hüquq müdafiəçiləri Azərbaycan rəsmilərini mövcud problemləri müzakirə etməyə çağiriblar

Sentyabrın 28-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi  tərəfindən Varşavada keçirilən beynəlxalq konfrans öz işini davam etdirib. Ədalətli məhkəmə hüququ, Ədliyyə sisteminin müstəqilliyi və qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlərə həsr edilən paneldə Azərbaycanda bu sahələrdə mövcud olan vəziyyətlə də bağlı müzakirələr aparılıb.

Ətraflı

Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər beynəlxalq konfransda müzakirə edilib

 Gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən konfransda müzakirə edilib. İsveçin ATƏT-dəki nümayəndəsi Hacıyev və Savalanlının social şəbəkələrdə aktiv fəaliyyətlərinə görə həbs edildiyini vurğulayıb.

Ətraflı

Nuşirəvan Məhərrəmli: “ İnternet televiziyası dövlət tərəfindən tənzimlənməlidir”

 “İnternet televiziyası ilə bağlı məsələ tək Azərbaycanda deyil, dünyada müzakirə mövzusudur. Avropa Şurasına üzv dövlətlərin nazirləri bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyiblər”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.

Ətraflı

Redaktorlar birliyi qərar verdi: bir qrup jurnalist lənkərana səfər edəcək

 Sentyabrın 26-da Redaktorlar Birliyinin iclası keçirilib. İclasda “Turan” İnformasiya Agentliyinin, “Yeni Müsavat”, “Azadlıq”, “Xural”, “Müxalifət”, “Təzadlar”, “Femida 007”, “Gündəm-Xəbər” qəzetlərinin, “Qafqazinfo” xəbər saytının, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təmsilçiləri iştirak edib.

Ətraflı