Jurnalist araşdırmaları
Aşağıdakı linklərdə Xalid Vahidoglunun müxtəlif vaxtlarda dərc edilən araşdırma yazılarını oxumaq olar.
Aşağıdakı linklərdə Xalid Vahidoglunun müxtəlif vaxtlarda dərc edilən araşdırma yazılarını oxumaq olar.
İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin mühakiməsi sentyabrın 19-dək təxirə salınıb. “Media forum” saytının məlumatına görə, sentyabrın 13-ü Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən proses Rüfət Hacıbəylinin vəkili olmadığına görə təxirə salınıb.
Naxçıvanda səfərdə olan jurnalistlərdən bir qrupuna Muxtar Respublikanı tərk etmək xəbərdarlığı olunub. Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Dediyinə görə, Böyük Bağ deyilən parkda oturduqları zaman polis əməkdaşı onlara yaxınlaşıb Daxili İşlər nazirliyinin idarə rəisinin onlarla görüşmək istədiyini bildirib.
Oktyabrın 27-30-da Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçiriləcək forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Yerindən media qurumlarının təmsilçilərinin…
Mətbuat Şurası mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb. MŞ-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq Elmar Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər.
Yaxın həftələr ərzində Azərbaycanın Tərtər rayonunda yeni teleqüllənin inşası çərçivəsində montaj işləri başa çatdırılacaq. Gün.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin (İB) rəhbəri Əflatun Şərifov bildirib.
Sentyabrın 8-də “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib. Bu barədə “Azadlıq” Radiosuna Lənkəran şəhər polisindən məlumat verilib. O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb.
Sentyabrın 5-də axşam saatlarında “Azadlıq” qəzetinin saytının fəaliyyəti məhdudlaşdırılıb və sayta giriş faktiki olaraq mümkün olmayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev məlumat verib.
Artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmır və həmin xəbərin televiziyada təsdiq olunmasını gözləyir”, – Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Bərdədə rayon icra başcısı Vidadi İsyaev ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirib. Gün.Az-ın Qarabağ üzrə bölgə müxbrinin verdiyi məlumata görə, ümumilikdə rayon üzrə 649 nəfər sənəd verib, 293 nəfər ali məktəblərə daxil olub.