Goranboyda yeni şahmat məktəbinin tikintisi başa çatıb

Goranboyda yeni şahmat məktəbinin tikintisi başa çatıb. Yeni bina sentyabrdan istifadəyə veriləcək. Bu barədə məlumatı Gün.Az-a Goranboy rayon Təhsil Şöbəsinin rəhbəri İlham Hüseynov verib.Onun sözlərinə görə, ötən ilin oktyabrından təməli qoyulan şahmat məktəbinin inşası artıq başa çatmaq üzrədir.
“Daxili vəsait hesabına tikilən bina ikimərtəbəlidir və lazımı avadanlıqlarla təmin edilib. Artıq köhnə şahmat binasındakı avadanlıqlar da yeni binaya köçürülür” – deyə, İ.Hüseynov qeyd edib.
Müsahib köhnə şahmat məktəbinin təmir edilərək gələcəkdə rəsm qalereyası kimi istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirdi.