Ödənişsiz kompyuter kurslarını bitirənlərə sertifikatlar verilib
Regional İnsan Hüquqları və Media Mərkəzi məcburi köçkün gənclər üçün təşkil etdiyi ödənişsiz kompyuter kursları yekunlaşıb. Bərdə rayonunda həyata keçirilən «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edib. layihənin məqsədi məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların…