QHT-lər mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər
Aprelin 29-da Azərbaycanın vətəndaş cəmiyyətinin və hüquq müdafiə təşkilatlarının nümayəndələri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı mətbuat konfransı keçirərək, beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Modern.az xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 mülki vətəndaşımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin…