Jurnalistlər Müdafiə Nazirliyinin onlara təzyiq etdiyini deyir

Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli təzyiq və hədələrə məruz qaldığını deyir. Cəsur Sümərinli  keçirdiyi mətbuat konfransında bildirib ki, sentyabr ayının əvvəlindən təzyiq və hədələr müntəzəm xarakter alıb: «Elektron poçt ünvanıma anonim hədə məktubları gəlir. Müdafiə Nazirliyi daha bizimlə əməkdaşlıq etmir, artıq bizə Nazirlik tərəfindən gündəlik məlumatlar göndərilmir. Milaz…

Ətraflı

pia.az-in əməkdaşı fiziki təzyiqə məruz qalıb

Sentyabrın 13-də Pia.az –ın  (Poliqon İnformasiya Agentliyi)  şimal bürosunun əməkdaşı Cəmil Məmmədli Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən, yaşadığı evin yaxınlığında 3 nəfər şəxsin hücumuna məruz qalıb. Bu barədə bu gün (16 sentyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

Ətraflı

Jurnalistlərə Naxçıvanı tərk etmək xəbərdarlığı olunub

Naxçıvanda səfərdə olan jurnalistlərdən bir qrupuna Muxtar Respublikanı tərk etmək xəbərdarlığı olunub. Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Dediyinə görə, Böyük Bağ deyilən parkda oturduqları zaman polis əməkdaşı onlara yaxınlaşıb Daxili İşlər nazirliyinin idarə rəisinin onlarla görüşmək istədiyini bildirib.

Ətraflı

Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalanacaq

Oktyabrın 27-30-da Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçiriləcək forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Yerindən media qurumlarının təmsilçilərinin…

Ətraflı

Elmar Hüseynovun qətlinin təhqiqatının sürətləndirilməsi ilə bağlı MTN-ə müraciət edildi

Mətbuat Şurası mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb. MŞ-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq Elmar Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər.

Ətraflı

Əli Həsənov: Artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmırlar “

Artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmır və həmin xəbərin televiziyada təsdiq olunmasını gözləyir”, – Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ətraflı