RİHMM-nin MHŞT ilə bağlı hazırladığı ilk veriliş nümayiş olunub

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini, Azərbaycanın statusunun bərpası üçün MHŞT üzrə Beynəlxalq…

Ətraflı

Jurnalist Xədicə İsmayıl azadlığa buraxıldı

Bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayıl barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb. Xədicə İsmayıl özünün prosesdə iştirakı təmin edilməyib. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Ətraflı

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi dörd ay müddətində icra ediləcək.

Ətraflı

İntiqam Əliyev azadlığa buraxılıb

Bu gün Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas keçirilib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında İ.Əliyev iştirak etməyib. Məhkəmənin qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla…

Ətraflı

Leyla Yunus və həyat yoldaşı Arif Yunus azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib. Hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında vəkillər çıxış edərək Leyla və Arif Yunuslar haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər. Prokuror isə məhkəmədən apellyasiya şikayətinin təmin…

Ətraflı

RİHMM «Elektron hökumət»in təbliği ilə bağlı 6 rayonda seminar keçirib

Yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı xərclər də azalır. “Elektron hökumət”in vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsi ilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və…

Ətraflı

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsi 3 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə Bərdə, Ağdam, Goranboy, Naftalan, Yevlax və Tərtər rayonlarını əhatə…

Ətraflı

Azərbaycanda yeni TV və radio yaranıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Ətraflı

Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın məhkəməsi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalistə hökm oxunub. Məhkəmənin hökmü ilə Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib.

Ətraflı