Bıçaqlanan yazıçı-jurnalist Rafiq Tağı dünyasını dəyişib

Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı bu gün dünyasını dəyişib. Bu barədə APA-ya açıqlamasında xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib.   Baş həkimin müavini Adil Salahov isə APA-ya deyib ki, yazıçı təxminən saat 15.20 radələrində vəfat edib. Vəziyyəti qəflətən pisləşən xəstədə qusma baş verib. Yaxınlarının da iştirakı ilə həkimlər R. Tağını təcili reanimasiya şöbəsinə…

Ətraflı

İçərisində Azərbaycan siyasi elitasının nümayəndələrinin olduğu vertolyotun vurulmasından 20 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. APA-nın məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8”vertolyotunun ermənilər tərəfindən vurulmasından 20 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

Ətraflı

Xarici diplomatlar məhbus fəal Bəxtiyar Hacıyevə baş çəkiblər

Avropa İttifaqı, Birləşmiş Krallıq və Polşanın Bakıdakı diplomatik nümayəndəlilklərinin təmsilçiləri noyabrın 11-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhbus fəal Bəxtiyar Hacıyevlə görüşüblər. Bəxtiyar Hacıyevə dəstək qrupundan “Media forum” saytına verilən məlumata görə, diplomatlar məhbusun saxlanma şəraiti maraqlanıblar. Fəal bu sarıdan problem olmadığını bildirib. 

Ətraflı

Təqsirləndirilən şəxslər əcnəbi jurnalistlərlə taniş olmaq istədiklərini iddia ediblər

Bu gün (13 oktyabr) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu iş üzrə vətəndaşlar Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1(qəsdən…

Ətraflı

Bəxtiyar Hacıyev türmədən xəbər göndərib: Hakimiyyət çalışır ki, o, əfv diləsin

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev son zamanlar ətrafında və ailəsində baş verən proseslərlə bağlı ictimaiyyətə müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Son vaxtlar Azərbaycan hakimiyyəti müxtəlif kanallarla həm cəmiyyətdə, həm də mənim ətrafımda həbsdə saxlanmağımla bağlı qorxunc tablo yaratmağa, cəmiyyəti həbsxanaya düşməkdən qorxutmağa, məni isə çevrəmin təsiri ilə əfv diləməyə çalışır….

Ətraflı

Azərbaycan İslam Partiyasının sədri 12 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə…

Ətraflı

ABŞ 2 aprel aksiyasında saxlanan şəxslər barəsində məhkəmə hökmünə münasibət bildirib

 ABŞ Səbail Rayon Məhkəməsinin Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlını 2 aprel 2011-ci ildə baş vermiş dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi ilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə 3 oktyabr tarixli qərarına təəssüflənir.

Ətraflı

Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ətraflı