Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü ilə bağlı Naftalanda seminar keçirilib
Regional İnsan Hüquqları və Media Mərkəzi Naftalan şəhərində seminar keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi çərçivəsində icra olunub. Maarifləndirmə xarakterli tədbirdə 25 nəfər rayon sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin hüquqşünası Şahmar Ədilov tədbir…