İsmayıllıda xalq üsyan etdi (Yenilənir)
İsmayıllıda əhalinin etiraz aksiyası bu gün də davam etdirilib. Səhər saatlarından İsmayıllı rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda xeyli insan toplaşıb. Toplaşanlar icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefasını tələb ediblər. Burada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.