Tərtərdə gənclər üçün yeni mərkəz inşa edilir
Tərtərdə gənclər üçün yeni mərkəz inşa edilir. Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbər görə, Tərtər rayonunda Gənclərin Asudə Vaxt Mərkəzinin inşası aparılır.
Tərtərdə gənclər üçün yeni mərkəz inşa edilir. Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbər görə, Tərtər rayonunda Gənclərin Asudə Vaxt Mərkəzinin inşası aparılır.
Diffamasiya haqqında qanunla bağlı bu gün mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Media Hüquqları İnistutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsi daha mükəmməldir: “Bizim təşkilat, Mətbuat Şurası və digər bir təşkilat Diffamasiya haqqında qanun layihəsi hazırlayıb. Lakin onlardan ən mükəmməli Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsidir. Həmin…
«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk qrupda dərslər yekunlaşıb.
Dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. Pprosesdə B. Hacıyevin apellyasiya şikayəti təmin olunub. Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib. Prosesdə B. Hacıyevin özü iştirak etməyib. Amma elə dünən Bəxtiyar Hacıyev 14 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
“Evrovision” mahnı yarışının qalibi Lorin məmləkətinə dönəndən sonra mətbuat konfransı keçirib və qazandığı qələbənin təəssüratlarını sevənləriylə paylaşıb. “Azadlıq radiosu”nun məlumatına görə, daha sonra jurnalistlərin suallarını cavablandıran müğənni “Qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan” sualına müğənni bir qədər düşünərək cavab verdi: “Burada görüşdüyüm müxtəlif insanlar haqqında xatirələrimi”.
Mayın 21-də İctimai Palataya daxil olan müxalifət partiyalarının fəalları Bakının mərkəzində etiraz aksiyası keçirdi. Onlar «Azadlıq!», «İstefa!», «Korrupsiyaya yox!» şüarları səsləndirirdilər. Əvvəlcə aksiyaçılar Nizami küçəsində bir neçə dəfə dövrə vurdular. Həmin vaxt ərazidə polis olsa da aksiyaya müdaxilə etmədi. Bundan sonra aksiyaçılar Sabir bağı istiqamətində yürüş etdilər.
Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur. Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar “3 May Beynəlxalq Mətbuat…
“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə söz və məlumat azadlığının təmin edilməsi, mətbuatın iqtisadi vəziyyətinin və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi baxımından ciddi addımlar atılıb”. APA-nın xəbərinə görə, bunu bu gün Avropa Yayımları Birliyinin Cenevrədəki ofisində Azərbaycanda söz və mətbuat azadlığının durumuna dair keçirilən seminarda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Regional İnsan Hüquqları və Media Mərkəzi aprel ayının birindən yeni layihəsinə başlayıb. Azərbaycan respublikası prezidenti yanında qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurası və TİKAnın Bakı proqram kordinatorluğunun dəstəyi ilə icra olunan layihə 6 ay davam edəcək. Bu sözləri Regional İnsan Huquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu deyib. Layihə çərçivəsində təşkilat Bərdə, Ağcabədi, Goranboy rayonlarında…
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edəcək: «Cəmiyyətdə hər hansı səbəbdən əhalinin yerdəyişməsi özü ilə gözlənilməyən problemlər gətirir….