Türkiyə Jurnalistlər Federasiyasının prezidenti: “Qarabağ mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”

“Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ, ümumiyyətlə, Qarabağ problemi mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel deyib.

Ətraflı

Azərbaycanda dövlət qeydiyyatından keçən KİV-in sayı açıqlanıb

Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib. Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. 

Ətraflı

“Azadlıq” qəzeti fəaliyyətini dayandıra bilər

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin üzləşdiyi problemlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Hacıyev bildirib ki, hazırda qəzet maliyyə cəhətdən çətin vəziyyətdədir. Onun sözlərinə görə, “Qasid” firması da qəzetə olan borcunu ödəmək istəmir: “Metroda qəzet satışının dayandırılması ilə vəziyyətimiz daha da ağırlaşıb. Son iki ayda qəzetin əməkdaşlarının məvacibini vermək imkan…

Ətraflı

Regional televiziyanın fəaliyyəti dayandırıldı

Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalanın «Aygün TV»nə verdiyi lisenziya müddətini uzatmayıb. Fevralın 14-də MRTŞ-nın yaydığı məlumatda deyilir ki, «Aygün TV» lisenziya üçün lazım olan sənədləri quruma təqdim etməyib. Tənzimləyici qurum onu da bildirir ki, hələ ötən ilin dekabrında «Aygün TV»yə lisenziyanın verilməsi məsələsi müzakirə edilərkən, televiziya lazımi sənədləri onlara təqdim etməmişdi. O zaman…

Ətraflı

Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli həbs edilib

Dünən axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb. Jurnalist və hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş…

Ətraflı

Beynəlxalq bloq və sosial şəbəkələr mükafatının qaliblərinin adları açıqlanıb

Bonn (Almaniya) şəhərində keçirilən “Global Media Forum” çərçivəsində “Şəbəkədə vətəndaş aktivliyinə görə” mükafatının beynəlxalq bloq və sosial şəbəkələr mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib. APA-nın Bonna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir “Deutsche Welle” (DW) media şirkəti tərəfindən təşkil olunub.

Ətraflı

“Jurnalist gödəkcəsi geyinənlərə təzyiq halları demək olar ki, olmur”

“Keçirilən aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2012-ci il üzrə hesabatı ilə bağlı keçirilən mətbuat konfransında deyib. Ə.Amaşov bildirib ki, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır.

Ətraflı

KİVDF 31 qəzetə 1 milyon 987 min manat vəsait ayırıb

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclasda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, dekabrın 4-dən 25-dək 2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sonra layihə təklifləri Şura üzvlərinin müzakirəsinə verilib. Müzakirələrdə Fonda təqdim…

Ətraflı

Dunya Miyatoviç həbsdə olan bloqqer və jurnalistlərin əfv olunmasını alqışlayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç həbs edilmiş 2 jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb. APA-nın məlumatına görə, o bildirib ki, “bu, öz işlərini azad şəkildə görməli olan jurnalistlər üçün yaxşı şəraitin yaradılmasına kömək edə biləcək çoxdan atılması gözlənilən addım idi”.

Ətraflı