Yazıçı-jurnalist Rafiq Tağıya sui-qəsd edildi

Yazıçı-jurnalist  Rafiq Tağı noyabrın 19-u axşam saatlarında işdən çıxaraq evə gedərkən, evinin yaxınlığında  bıçaqlanıb. Qardaşı Alim Tağının RATİ-yə verdiyi məlumata görə, R.Tağını 6 bıçaq yarası alıb və onu vuran şəxs hadisə yerindən qaçandan sonra yazıçı-jurnalist özü evinə gedib və təcilli tibbi yardıma zəng edib. Bundan sonra o 1 saylı Bakı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb….

Ətraflı

Bakıda Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin 1-ci toplantısı keçirilir

Bakıda Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Milli Komitələrinin (MK) sədrlərinin “Milli Komitələrin inkişaf platforması” adlı 1-ci toplantısı keçirilir. BMİ-nin informasiya departamentindən APA-ya verilən məlumata görə, ilk dəfə keçirilən bu toplantıya BMİ-nin direktoru Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin…

Ətraflı

Azərbaycanda Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələri sədrlərinin 1-ci toplantısı keçiriləcək

Noyabrın 3-4-də Bakıda Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Milli Komitələrinin (MK) sədrlərinin 1-ci toplantısı keçiriləcək. APA-nın məlumatına görə, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirib ki, ilk dəfə keçiriləcək bu toplantıya BMİ-nin direktoru Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in Almaniya, Norveç, Sloveniya, Türkiyə, Hindistan və digər ölkə rəhbərləri qatılacaqlar. Onun sözlərinə görə, iki…

Ətraflı

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanılması barədə xəbər yayılıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanması barədə məlumat yayılıb. Qəzetin baş redaktorunun birinci müavini Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, onlara Ə. Zeynallının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Ətraflı

Tiflisdə “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib

Gürcüstan paytaxtında oktyabrın 20-dən başlayan “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və ATƏT-in KİV məsələləri üzrə bürosunun direktoru Andrey Rixter açıb. Tədbirdə 70-dən çox jurnalist iştirak edib.

Ətraflı

«Elmar Hüseynovun qətlinin əsas iştirakçıları gec-tez ədalət mühakiməsi qarşısında dayanacaqlar»

 Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Şurasının bu quruma jurnalist Elmar Hüseynovun qatillərinin tapılmasının sürətləndirilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb. MŞ-dan APA-ya verilən məlumata görə, MTN-dən daxil olan məktubda bildirilir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir.

Ətraflı

Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər beynəlxalq konfransda müzakirə edilib

 Gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən konfransda müzakirə edilib. İsveçin ATƏT-dəki nümayəndəsi Hacıyev və Savalanlının social şəbəkələrdə aktiv fəaliyyətlərinə görə həbs edildiyini vurğulayıb.

Ətraflı

Nuşirəvan Məhərrəmli: “ İnternet televiziyası dövlət tərəfindən tənzimlənməlidir”

 “İnternet televiziyası ilə bağlı məsələ tək Azərbaycanda deyil, dünyada müzakirə mövzusudur. Avropa Şurasına üzv dövlətlərin nazirləri bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyiblər”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.

Ətraflı

Redaktorlar birliyi qərar verdi: bir qrup jurnalist lənkərana səfər edəcək

 Sentyabrın 26-da Redaktorlar Birliyinin iclası keçirilib. İclasda “Turan” İnformasiya Agentliyinin, “Yeni Müsavat”, “Azadlıq”, “Xural”, “Müxalifət”, “Təzadlar”, “Femida 007”, “Gündəm-Xəbər” qəzetlərinin, “Qafqazinfo” xəbər saytının, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təmsilçiləri iştirak edib.

Ətraflı