Sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair regionlarda seminarlar keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi” mövzusunda yeni layihənin icrasına başlanılıb. Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) tərəfindən həyata keçirilən layihə dörd ay müddətində davam edəcək. Mərkəzin rəhbəri Xalid Kazımov qeyd edib ki, layihə regionlarda sosial mediaya…