Goranboyda yeni şahmat məktəbinin tikintisi başa çatıb
Goranboyda yeni şahmat məktəbinin tikintisi başa çatıb. Yeni bina sentyabrdan istifadəyə veriləcək. Bu barədə məlumatı Gün.Az-a Goranboy rayon Təhsil Şöbəsinin rəhbəri İlham Hüseynov verib.
Goranboyda yeni şahmat məktəbinin tikintisi başa çatıb. Yeni bina sentyabrdan istifadəyə veriləcək. Bu barədə məlumatı Gün.Az-a Goranboy rayon Təhsil Şöbəsinin rəhbəri İlham Hüseynov verib.
Avqustun 25-də Göyçay Rayon Məhkəməsində hakimi Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun məhkəməsi keçirilib. Məhkəmədə çıxış edən dövlət ittihamçısı Nəriman Ələkbərov Vidadi İsgəndərovun məhkəmə zamanı gətirdiyi sübutları absurd hesab etdiyini bildirib və onların məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsini istəyib.
Avqustun 24-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyi əsasında 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayır. Məhkəmənin hazırlıq iclası sentyabrın 2-i saat 11.00-a təyin edilib. Bu haqda məlumatı RATİ-yə H.Mehdiyevin özü bildirib.
Bu gün “İctimai Palata” adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə hökm oxunub. Səbail rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilənlər – Sahib Kərimov və Elşən Həsənov 2 il, Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Zülfüqar Eyvazov və Babək Həsənov…
Bu gün (23 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə vətəndaş Rzayeva Şərqiyyə tərəfindən informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia üzrə çıxarılmış qətnamədən verilən şikayətə baxılıb. Hakim istənilən məlumatların xidməti məqsədlər üçün nəzərdə tutulduğunu əsas gətirərək şikayəti təmin etməyib.
Bu gün (23 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə haqqında cinayət işi açılmış “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərlinin təşkilatçılığı ilə müzakirə keçirildi.
Milli Televiziya və Radio Şurasının bazar ertəsi keçirilən növbəti iclasında “AG Telekom” MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Mətbuatının yaranmasının 136-ci ildönümünə həsr olunan müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, müsabiqə 2 nominasiya üzrə aparılıb.