Azad jurnalistika Azərbaycan mətbuatına azadlıq tələb edir
Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur. Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar “3 May Beynəlxalq Mətbuat…