Azadlıq indeksinə görə 179 ölkə arasında Azərbaycan 162-ci yerdədir
“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı “Dünyada azadlıq indeksi” məruzəsini açıqlayıb. Azərbaycan söz azadlığı sarıdan 179 ölkə arasında 162-ci yerdə dayanır.
“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı “Dünyada azadlıq indeksi” məruzəsini açıqlayıb. Azərbaycan söz azadlığı sarıdan 179 ölkə arasında 162-ci yerdə dayanır.
Bu gün Yasamal rayon Məhkəməsində “ZQAN Holdinq” şirkətlər qrupunun direktorlar şurasının sədri Anar Məmmədovla “Azadlıq” və “Yeni Müsavat” qəzetləri arasında “Ayı işi” ilə bağlı məhkəmə prosesi başa çatıb. Vəkil Vaqif Hüseynlinin APA-ya verdiyi xəbərə görə, prosesdə A. Məmmədovun iddiası təmin edilərək hər qəzetin ayrılıqda iş adamına 4 min manat ödəməsi barədə qərar qəbul olunub.
Tanınmış yazıçı-publisist, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağı (Tağıyev) noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən hücuma məruz qalaraq soyuq silahla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər almışdır. Törədilmiş cinayət hadisəsi ilə bağlı Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)…
Ermənistanı Avropa Məhkəməsinə verir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa Məhkəməsinə verir.
Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafından çox danışılır. Hökumət rayonlardakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə bir sıra proqramlar qəbul edib. Bu proqramlar həm də sahibkarlığa şərait yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsi, əhalinin ərzaq…
2011-ci ildə dünyada 106 jurnalist öldürülüb. APA-nın məlumatına görə, bu barədə mənzil-qərargahı Cenevrədə yerləşən Mətbuat Azadlığını Müdafiə Təşkilatının (Press Emblem Campaign) hesabatında bildirilir. Bu il ən çox jurnalist Meksikada qətlə yetirilib – 12 nəfər. Pakistanda isə 11 jurnalist öldürülüb. Hesabata görə, MDB məkanında bu il Rusiyada 3, Ukrayna və Azərbaycanda isə 1 jurnalist qətlə yetirilib.
Tural Abbaslının anası həbs olunub http://www.obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=2746&Itemid=33&lang=en
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: ”Eləcə də hər iki ağciyər divarının…
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. http://www.cssn.gov.az/az/index.php?option=com_content&task=view&id=322&Itemid=54
Regional İnsan Hüquqları və Media Mərkəzi Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki dəstəyi ilə Bərdə rayonunda Qarabağ müharibəsindən zərər çəkən qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş şəxslərin ailələrindən olan şəxslər üçün ödənişsiz dərzilik kursları təşkil edir. Kurslar hər biri…