Şura 2012-ci il üzrə QHT-lərin maliyyələşdirilməsi məsələlərini müzakirə etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda müzakirə etdi. Konfransı açan Şura sədri Azay Quliyev növbəti ildə də maliyyələşdiriləcək mövzuların prioritet istiqamətlərinin qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunduğunu bildirdi.