«Elmar Hüseynovun qətlinin əsas iştirakçıları gec-tez ədalət mühakiməsi qarşısında dayanacaqlar»
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Şurasının bu quruma jurnalist Elmar Hüseynovun qatillərinin tapılmasının sürətləndirilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb. MŞ-dan APA-ya verilən məlumata görə, MTN-dən daxil olan məktubda bildirilir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir.