Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq
“Yaxın günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“Yaxın günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli təzyiq və hədələrə məruz qaldığını deyir. Cəsur Sümərinli keçirdiyi mətbuat konfransında bildirib ki, sentyabr ayının əvvəlindən təzyiq və hədələr müntəzəm xarakter alıb: «Elektron poçt ünvanıma anonim hədə məktubları gəlir. Müdafiə Nazirliyi daha bizimlə əməkdaşlıq etmir, artıq bizə Nazirlik tərəfindən gündəlik məlumatlar göndərilmir. Milaz…
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) bu il Tayvanda keçiriləcək 60-cı Ümumdünya Konqresinə və Baş Məclisinə Azərbaycan media mənsubları da qatılacaq. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.
Sentyabrın 13-də Pia.az –ın (Poliqon İnformasiya Agentliyi) şimal bürosunun əməkdaşı Cəmil Məmmədli Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən, yaşadığı evin yaxınlığında 3 nəfər şəxsin hücumuna məruz qalıb. Bu barədə bu gün (16 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.
Naviqasiya texnologiyaları sahəsində lider olan “Caspian NavTel” şirkəti, media əhli üçün “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsi keçirir. “Qafqazinfo”nun məlumatına görə, müsabiqəyə həcmi maksimum 5 min işarə olan; qəzetlərdə, xəbər saytlarında, jurnallarda, informasiya agentliklərinin saytlarında dərc olunmuş yazılar (esse, məqalə, hekayə) qəbul olunur.
Bu gün (14 sentyabr) Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 1 il müddətinə vəkillik fəaliyyəti göstərməkdən məhrum edilən, 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırova barəsində çıxarılmış qərar təqdim edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil X. Bağırovun özü məlumat verib.
Aşağıdakı linklərdə Xalid Vahidoglunun müxtəlif vaxtlarda dərc edilən araşdırma yazılarını oxumaq olar.
İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin mühakiməsi sentyabrın 19-dək təxirə salınıb. “Media forum” saytının məlumatına görə, sentyabrın 13-ü Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən proses Rüfət Hacıbəylinin vəkili olmadığına görə təxirə salınıb.
Naxçıvanda səfərdə olan jurnalistlərdən bir qrupuna Muxtar Respublikanı tərk etmək xəbərdarlığı olunub. Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Dediyinə görə, Böyük Bağ deyilən parkda oturduqları zaman polis əməkdaşı onlara yaxınlaşıb Daxili İşlər nazirliyinin idarə rəisinin onlarla görüşmək istədiyini bildirib.
Oktyabrın 27-30-da Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçiriləcək forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Yerindən media qurumlarının təmsilçilərinin…