Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevə baş çəkib
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. İ. Cavadova APA-ya açıqlamasında həbsdə olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevlə görüşdüyünü deyib: “Bəxtiyar Hacıyevin səhhətində problemlər var. Onun gözü xəstədir. Oradakı şərait Bəxtiyarın səhhətinin yaxşılaşmasına imkan vermir”.