Tərtərdəki yeni teleqüllə kanallarımızın Dağlıq Qarabağda yayımına imkan verəcək
Yaxın həftələr ərzində Azərbaycanın Tərtər rayonunda yeni teleqüllənin inşası çərçivəsində montaj işləri başa çatdırılacaq. Gün.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin (İB) rəhbəri Əflatun Şərifov bildirib.