Region gəncləri təlimlərə cəlb ediləcək
Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra ediləcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində 40 nəfər gəncə sosial media sahəsində biliklər veriləcək.