“Jurnalist gödəkcəsi geyinənlərə təzyiq halları demək olar ki, olmur”

“Keçirilən aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2012-ci il üzrə hesabatı ilə bağlı keçirilən mətbuat konfransında deyib. Ə.Amaşov bildirib ki, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır.

Ətraflı

Bakıda bu dəfə polis jurnalist və hüquq müdafiəçilərini hədəfə aldı

Yanvarın 26-da Bakıda ictimai-siyasi fəallar, əsasən gənclərdən ibarət olmaqla, İsmayıllıda baş verən hadisələrə və “Binə” ticarətçilərinə qarşı zorakılıq işlədilməsinə qarşı etiraz məqsədilə aksiya keçirib. Bakıdakı fəallar paytaxtda belə bir aksiya keçirməklə İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına diqqət çəkmək istəyirlər.  Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Silahları…

Ətraflı

İsmayıllıda xalq üsyan etdi (Yenilənir)

İsmayıllıda əhalinin etiraz aksiyası bu gün də davam etdirilib. Səhər saatlarından İsmayıllı rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda xeyli insan toplaşıb. Toplaşanlar icra hakimiyyətinin  başçısı Nizami Ələkbərovun istefasını tələb ediblər. Burada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

Ətraflı

“Əsgər ölümünə SON”

Bu gün Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə SON” şüarı ilə gənc fəalların etiraz aksiyası keçirildi. Silahlı Qüvvələrdə itkilərin çoxalmasına etiraz edən fəallar əllərində Azərbaycanın, Türkiyənin dövlət bayraqlarını, mərhum əsgərlərin şəkillərini tutmuşdu. Aksiyada əsasən “Şəhidlər ölməz, vətən bölünməz”, “Əsgərimiz ölməsin, Ordu morqa dönməsin”,  “Əsgər ölümünə SON” kimi şüarlar səsləndirilirdi.

Ətraflı

KİVDF 31 qəzetə 1 milyon 987 min manat vəsait ayırıb

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclasda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, dekabrın 4-dən 25-dək 2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sonra layihə təklifləri Şura üzvlərinin müzakirəsinə verilib. Müzakirələrdə Fonda təqdim…

Ətraflı

Dunya Miyatoviç həbsdə olan bloqqer və jurnalistlərin əfv olunmasını alqışlayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç həbs edilmiş 2 jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb. APA-nın məlumatına görə, o bildirib ki, “bu, öz işlərini azad şəkildə görməli olan jurnalistlər üçün yaxşı şəraitin yaradılmasına kömək edə biləcək çoxdan atılması gözlənilən addım idi”.

Ətraflı

Müxalifətin fəvvarələr meydanında keçirdiyi aksiya dağıdıldı

Bu gün gənclər Bakıda, Fəvvarələr meydanında aksiya keçirib. Aksiya təxminən bir saat çəkib. Parlamentin buraxılması tələbi ilə keçirilən aksiya zamanı “Parlament buraxılsın”, “Saxta parlamentə yox”, “İstefa” şüarları səsləndirilib. Polis aksiya iştirakçılarına qarşı zorakılıq işlətsə də, aksiya baş tutmuş hesab olunub. Aksiyada polislər bir sıra jurnalistə zor tətbiq edib.Zorakılığa məruz qalan jurnalistlərin hamısının əynində “Press” nişanlı…

Ətraflı

ABŞ səfirliyinin dəstəyi ilə 40 blogger hazırlanıb

“Regional İnsan Hüquqları və Media Mərkəzi daha bir layihəni uğurla icra edib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra edilib. Layihə çərçivəsində Ağdam və Goranboy rayonlarının hər birində gənclər üçün iki günlük təlim keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən…

Ətraflı