
Polis müxalifətin aksiyasını dağıtdı
Bakıda oktyabrın 20-də keçirilən etiraz aksiyası zamanı 13 nəfər həbs olunub. Müsavat partiyasının sədr müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, saxlananlar barəsində 7, 8 və ya 10 sutkalıq həbs cəzası verilib. Onlardan 4-ü Müsavat, 6-sı AXCP, 2-si isə müstəqil gənclər təşkilatlarıının fəallarıdır.