Hüquq müdafiəçiləri Azərbaycan rəsmilərini mövcud problemləri müzakirə etməyə çağiriblar

Sentyabrın 28-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi  tərəfindən Varşavada keçirilən beynəlxalq konfrans öz işini davam etdirib. Ədalətli məhkəmə hüququ, Ədliyyə sisteminin müstəqilliyi və qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlərə həsr edilən paneldə Azərbaycanda bu sahələrdə mövcud olan vəziyyətlə də bağlı müzakirələr aparılıb.

Ətraflı

İsa Qəmbər: “Əgər siz mitinqin təşkilatçısını axtarırsınızsa o, mənəm”

Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi icazəsiz aksiya zamanı saxlanılan şəxslərin məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısına  Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli çıxarılıb. 

Ətraflı

Vəkillər Kollegiyasından 1 illik uzaqlaşdırılan vəkilə qərar təqdim edilib

Bu gün (14 sentyabr) Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 1 il müddətinə vəkillik fəaliyyəti göstərməkdən məhrum edilən, 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırova barəsində çıxarılmış qərar  təqdim edilib.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil X. Bağırovun özü məlumat verib.

Ətraflı

Məhbus vəkilinin geri qaytarılmasını istədi, proses təxirə düşdü

İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin mühakiməsi sentyabrın 19-dək təxirə salınıb. “Media forum” saytının məlumatına görə, sentyabrın 13-ü Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən proses Rüfət Hacıbəylinin vəkili olmadığına görə təxirə salınıb.

Ətraflı

Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevə baş çəkib

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. İ. Cavadova APA-ya açıqlamasında həbsdə olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevlə görüşdüyünü deyib: “Bəxtiyar Hacıyevin səhhətində problemlər var. Onun gözü xəstədir. Oradakı şərait Bəxtiyarın səhhətinin yaxşılaşmasına imkan vermir”.

Ətraflı

Azərbaycanda deputatlığa keçmiş namizəd 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Göyçay Rayon Məhkəməsində deputatlığa keçmiş namizəd Vidadi İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vidadi İsgəndərovun vəkili Xalid Bağırovun verdiyi məlumata  görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.  Hökmə əsasən, V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı

ATƏT-in Baki Ofisi müxalifətçilərin məhkum edilməsi ilə bağli bəyanat verib

ATƏT-in Bakı ofisi AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovun məhkum edilməsindən narahatlığını ifadə edib.  ATƏT-in Bakı ofisinin yaydığı bəyanatda deyilir ki, Bakı ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb. Qurum işə apellyasiya instansiyasında hərtərəfli baxılacağına…

Ətraflı

Dövlət ittihamçisi Vidadi Isgəndərovun 4 il azadliqdan məhrum edilməsini istəyib

Avqustun 25-də Göyçay  Rayon Məhkəməsində  hakimi Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun məhkəməsi keçirilib. Məhkəmədə  çıxış edən dövlət ittihamçısı Nəriman  Ələkbərov Vidadi İsgəndərovun məhkəmə zamanı gətirdiyi sübutları absurd hesab etdiyini bildirib və onların məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsini istəyib. 

Ətraflı