Admin

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanılması barədə xəbər yayılıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanması barədə məlumat yayılıb. Qəzetin baş redaktorunun birinci müavini Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, onlara Ə. Zeynallının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Ətraflı

Tiflisdə “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib

Gürcüstan paytaxtında oktyabrın 20-dən başlayan “Cənubi Qafqaz KİV 8-ci illik konfransında “Plüralizmin inkişafında internetin rolu” mövzusunda iki günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və ATƏT-in KİV məsələləri üzrə bürosunun direktoru Andrey Rixter açıb. Tədbirdə 70-dən çox jurnalist iştirak edib.

Ətraflı

Avrasiya Əməkdaşlıq Fondu Açıq Müsabiqə elan edir

Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir.  Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur.

Ətraflı

Məcburi köçkünlərin probleminə QHT-lərin dəstəyi artır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və məcburi köçkünlərin problemlərinin həllinə yardım edilməsi Qeyri-Hökumət  Təşkilatlarının da önəm verdiyi məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra bu iş daha planlı şəkildə aparılır.

Ətraflı

Təqsirləndirilən şəxslər əcnəbi jurnalistlərlə taniş olmaq istədiklərini iddia ediblər

Bu gün (13 oktyabr) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu iş üzrə vətəndaşlar Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1(qəsdən…

Ətraflı

Bəxtiyar Hacıyev türmədən xəbər göndərib: Hakimiyyət çalışır ki, o, əfv diləsin

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev son zamanlar ətrafında və ailəsində baş verən proseslərlə bağlı ictimaiyyətə müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Son vaxtlar Azərbaycan hakimiyyəti müxtəlif kanallarla həm cəmiyyətdə, həm də mənim ətrafımda həbsdə saxlanmağımla bağlı qorxunc tablo yaratmağa, cəmiyyəti həbsxanaya düşməkdən qorxutmağa, məni isə çevrəmin təsiri ilə əfv diləməyə çalışır….

Ətraflı

Azərbaycan İslam Partiyasının sədri 12 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə…

Ətraflı