Xarici diplomatlar məhbus fəal Bəxtiyar Hacıyevə baş çəkiblər
Avropa İttifaqı, Birləşmiş Krallıq və Polşanın Bakıdakı diplomatik nümayəndəlilklərinin təmsilçiləri noyabrın 11-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhbus fəal Bəxtiyar Hacıyevlə görüşüblər. Bəxtiyar Hacıyevə dəstək qrupundan “Media forum” saytına verilən məlumata görə, diplomatlar məhbusun saxlanma şəraiti maraqlanıblar. Fəal bu sarıdan problem olmadığını bildirib.