Jurnalistlərə Naxçıvanı tərk etmək xəbərdarlığı olunub
Naxçıvanda səfərdə olan jurnalistlərdən bir qrupuna Muxtar Respublikanı tərk etmək xəbərdarlığı olunub. Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Dediyinə görə, Böyük Bağ deyilən parkda oturduqları zaman polis əməkdaşı onlara yaxınlaşıb Daxili İşlər nazirliyinin idarə rəisinin onlarla görüşmək istədiyini bildirib.