Jurnalist Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəmə prosesi yekunlaşıb. Prosesdə məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.